SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16-07-2019, 18:31

Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanıb. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

Hıəmçinin Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və tədris sistemi üçün nəzərdə tutulur.

Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları və müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer alıb

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031