SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ad günü” filmi Şərur rayonunda nümayiş olunub

“Ad günü” filmi Şərur rayonunda nümayiş olunub
12-07-2019, 19:56

İyulun 12-də Şərur rayonunda Kosacan Kənd Mərkəzində Naxçıvan Dövlət Film Fondu kənd ictimaiyyətinə Azərbaycan kinosu günü çərçivəsində “Ad günü” filmini göstərmişdir.

Filmin nümayişindən əvvəl Azərbaycan kinosunun inkişaf tarixindən danışan Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bildirmişdir ki, Azərbaycan kinosu tarixin sınaqlarından həmişə şərəflə çıxmışdır. Kino tariximizdə çətin illər də olmuş, lakin buna baxmayaraq kinomuz mədəni hadisələr yaşamış, həmişə xalqımızın tarixini, milli adət-ənənələrini, milli dəyərlərini yaşatmış, həyatımızın bütün sahələrinə nüfuz edərək sevilən bir sənətə çevrilmişdir.

Qeyd edilib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə yüksək dövlət mükafatlarına layiq görülmüş, beynəlxalq kino festivallarında və müsabiqələrində mükafatlar almışdır.

Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Sonra 1977-ci ildə Azərbaycan film kinostudiyasında lentə alınmış “Ad günü” filmi nümayiş etdirilmişdir.

Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır.

Filmin rejissoru Rasim Ocaqovdur. Filmdə əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, Fuad Poladov, Şükufə Yusupova, David Uplisaşvili və başqaları canlandırıblar.

Film kənd ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031