SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyət evində “Milli dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

Mədəniyyət evində “Milli dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib
10-07-2019, 19:15

İyulun 10-da Naxçıvan şəhərindəki Qaraçuq Kənd Mədəniyyət Evində "Milli dəyərlərimizi öyrənək və yaşadaq" mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri kənd mədəniyyət evinin direktoru Abbas İsmayılov açaraq xalqımızın minilliklər boyu yaradıb yaşatdığı milli dəyərlərimizin özünəməxsus xüsusiyyətlərindən bəhs edib. Bildirilib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Vurğulanıb ki, ölkəmizdə milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilliliderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.

Sonra Qaraçuq Kənd mədəniyyət Evinin bədii rəhbəri Yasəmən Əliyeva "Milli dəyərlərimiz xalqımızın mədəniyyətini özündə yaşadan milli kimliyimizdir" mövzusunda çıxış edib. Bildirilib ki, xalqımızın yaratdığı milli dəyərlər bizim ən qiymətli sərvətimizdir. Bu dəyərlər xalqımızın tarixini, dilini, adət-ənənələrini, ədəbiyyat və incəsənətini yaşadaraq bu günümüzə gətirib çıxarmışdır. Muxtar respublikada xalq yaradıcılığı nümunələrinin, eləcə də yallı sənətinin elmi əsaslarla tədqiqi və təbliği istiqamətində görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu tədbirlər sayəsində muxtar respublika sakinləri unudulmaqda olan adət-ənənələrimizin bilavasitə daşıyıcılarına çevrilirlər. Bu isə o deməkdir ki, milli dəyərlərimiz nəsildən nəslə ötürülməklə yaşadılmaqdadır.Vurğulanıb ki, milli dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Bu səbəbdəndir ki, milli dəyərlərimizə dərindən bələd olan xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə xalqımıza xas olan adət-ənənələrimizin, ümumən, milli dəyərlər sistemimizin yaşadılması istiqamətində məqsədyönlü tədbirlərin bilavasitə təşəbbüskarı olub.

Tədbirin bədii hissəsində Qaraçuq Kənd Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri adət-ənənələrimizə, milli musiqi sənətimizə, Naxçıvana həsr olunmuş şeirləri və xalqımızın həyət tərzini özündə yaşadan bayıtılarımızı bədii qiraət ediblər.

Sonda kənd mədəniyyət evinin metodisti Zemfira Əliyevanın əl işlərindən ibarət sərgiyə baxış olub. Milli dəyərlərimizin tədqiqinə və təbliğinə həsr olunmuş nəşrlərin də sərgisi tədbir iştirakçılarında maraq doğurub.




Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031