SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: "Gələn il keçiriləcək sessiyada bir neçə yerin UNESKO-nun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracağıq"

Nazir:
10-07-2019, 13:20

"Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin gələn il keçiriləcək 44-cü sessiyası zamanı bir neçə yerin qurumun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracaq".

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

Ə.Qarayev Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasını ölkənin uğuru adlandırıb: "Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni obyektlərin sayı artır".

Nazir xatırladıb ki, Şəkinin siyahıya daxil edilməsi iddiası 6 il öncə qaldırılıb: "Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər. Azərbaycanda 6 700 adda tarixi abidə var. Onların bərpasının tez bir zamanda aparılması imkanlar xaricindədir. Bu proses mərhələli şəkildə aparılır. Məsələn, Çıraqqala təhlükəli vəziyyətdə idi, onun bərpasına başladıq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031