SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
10-07-2019, 13:00

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib.

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031