SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimat mərasimi olub

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimat mərasimi olub
9-07-2019, 16:00

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı keçirilən mərasimi muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov açıb. O, çıxışında qeyd etmişdir ki, son illər mədəni irsimizin qorunması və təbliği istiqamətində həm ölkə miqyasında, həm də muxtar respublikada geniş miqyaslı tədbirlər işlənib həyata keçirilib. Həyata keçirilən tədbirlər çərçivəsində mədəni irsimizin əsl saxlanc yeri olan muzeylərə diqqət və qayğı xüsusi yer tutur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mərasimdə həm də vurğulanmışdır ki, digər muzeylər kimi Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. Bunun nəticəsidir ki, 2018-ci ildə muzeyə 346 ədəd eksponat daxil olmuşdursa, cari ilin I yarısında muzey fonduna daxil olan eksponatların sayı 529 ədəd olub. Ümumiyyətlə, muzey fondunun zənginləşdirilməsi istiqamətində işlər bu gün də uğurla davam etdirilir.
Qeyd olunmuşdur ki, bugünkü mərasimdə Böyük Vətən Müharibəsi veteranlarından Adil Cəfərova və Yunis Qasımova aid eksponatlar təqdim olunur. Təqdim olunan 340 ədəd eksponatların içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, fotoşəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları əsas yer tutur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, müharibə veteranı, mərhum Adil Cəfərovun oğlu Fəxrəddin Cəfərov və müharibə veteranı, mərhum Yunis Qasımovun nəvəsi Anar Xudiyev, eyni zamanda Naxçıvan şəhər sakini Xoşqədəm Bağırova mərasimdə təqdim olunan eksponatların gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söhbət açıblar.
Sonda mərasim iştirakçıları təqdim olunan yeni eksponatlarla yaxından tanış oublar.

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimat mərasimi olub
Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimat mərasimi olub
Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimat mərasimi olub
Xavər NURİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031