SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda böyük İpək Yolunun Ümumdünya İrs Siyahısına salınmasının 5-ci ildönümünə həsr olunan sərgi açılıb

Bakıda böyük İpək Yolunun Ümumdünya İrs Siyahısına salınmasının 5-ci ildönümünə həsr olunan sərgi açılıb
6-07-2019, 20:58

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 6-da Bakı Konqres Mərkəzində böyük İpək Yolunun tarixi və mədəni irsinin qorunub saxlanılması ilə bağlı fotosərgi açılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Çin Xalq Respublikası tərəfindən təşkil olunan sərgi qədim İpək Yolunun Ümumdünya İrs Siyahısına salınmasının 5-ci ildönümünə həsr edilib.

Tədbirdə Çin Xalq Respublikasının Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. O, Bakıda müzakirə olunan məsələlərin dünya mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Fotosərginin əhəmiyyətindən danışan Lyu Yoycoy deyib ki, əsas məqsəd İpək Yolu üzərində yerləşən ölkələrin tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Digər çıxış edənlər bu sərgini böyük İpək Yolu üzərində yerləşən ölkələrin tarixi və mədəni irsinin təşviqi baxımından yüksək dəyərləndiriblər.

Eyni zamanda, bildirilib ki, iki minillik ərzində Qərblə Şərqi birləşdirən böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə 1000 il bundan əvvəl olduğu kimi, yenə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır.

Sərgidə Çinin tarixi və müasir inkişafını əks etdirən 100-ə yaxın əsər nümayiş etdirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031