SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polşanın Krzemionki qədim mədən regionu Dünya İrs Siyahısına daxil edilib

Polşanın Krzemionki qədim mədən regionu Dünya İrs Siyahısına daxil edilib
6-07-2019, 20:36

İyulun 6-da Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclasında baxılan axırıncı məsələ Polşanın "Krzemionki qədim tarix mədən regionu" nominasiyası olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, əvvəlcə nominasiya ilə bağlı ICOMOS-un verdiyi tövsiyələr dinlənilib. Bildirilib ki, 78 hektar ərazinin əhatə edən mədən sistemi tarixi baxımdan da əhəmiyyətlidir. Bununla belə, İCOMOS ərazinin bütövlüyünə şübhə yarandığını bildirdi. Vurğulandı ki, bufer zolağı və idarəçilik sistemi düzgün qurulmayıb, əlavə qorunma səviyyəsi təyin edilməyib. Təqdimat adekvat olmalıdır.

Müzakirələr zamanı Ümumdünya İrs Komitəsinin üzv-ölkələrindən Bəhreyn, Azərbaycan, Çin və Tanzaniya sahənin müstəsna dəyərini qiymətləndirərək nominasiyanın yubadılmasına lüzum olmadığını bildirdi. Norveç isə faylın yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.

Digər üzv-ölkələrin əlavə və tövsiyələri dinlənildi. Polşa nümayəndəliyi qeyd olunan konservasiya və sahənin qorunmasına dair fikirlərlə bağlı öz mövqeyini bildirib. Norveç nominasiyanın iki il sonra, 2021-ci ildə 45-ci sessiyada müzakirəyə çıxarılmasını təklif etdi. Lakin gərgin müzakirələrdən sonra fayl qəbul edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031