SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonun da “Kitabxanalar mədəni irsimizdir” adlı maarifləndirici tədbir keçirilib

Culfa rayonun da “Kitabxanalar mədəni irsimizdir” adlı maarifləndirici tədbir keçirilib
19-06-2019, 19:12

İyunun 19-da Culfa Rayon Uşaq Musiqi Məktəbində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Kitabxanalar mədəni irsimizdir” adlı maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzinin direktoru Səyyar Məmmədov açaraq bildirib ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəsilə ötürən mədəniyyət ocaqlarımızdan biri də kitabxanalarımızdır. Təhsil və mədəniyyət sisteminin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşmışdır. Bu diqqətin təzahürü olaraq Heydər Əliyev 27 iyul 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncam imzalamışdır. Ölkəmizdə 29 dekabr 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmiş, həmin qanunun tətbiqi ilə bağlı Heydər Əliyev 12 mart 2000-ci il tarixli Fərman imzalamışdır. Fərmanın ən mühüm cəhətlərindən biri budur ki, orada Azərbaycan xalqının uzun illərdən bəri yaradıb formalaşdırdığı kitabxana işi çox yüksək qiymətləndirilmişdir. “Kitabxana işi haqqında” qanunda bir sıra məsələlərlə yanaşı, kitabxanalarda iş prosesinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilmişdir. Qəbul edilmiş qanun bu gün də ölkəmizdə kitabxana qanunvericiliyinin baza sənədi olaraq qalmaqdadır. Kitabxanalarımızın, kitabxanaçılarımızın hüquqlarının müdafiəsində, sosial problemlərinin həllində bu qanunun müddəaları müstəsna əhəmiyyət kəsb edir.

Gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkə ictimayyəti, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.

Tədbirdə “Kitabxanalar mədəni irsimizdir” mövzusu ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Minayə Nəbisoy çıxış edərək muxtar respublikamızın kitabxanaları haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, son illər muxtar respublikamızda gedən abadlıq-quruculuq işləri bu sahəyə də təsirini göstərmiş, yeni kitabxanalar inşa olunmuş, bu mədəniyyət ocaqlarının kitab fondu zənginləşdirilmişdir.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031