SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə ənənəvi “Xalq yaradıcılığı günü” keçirilib

Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə ənənəvi “Xalq yaradıcılığı günü” keçirilib
18-06-2019, 21:05

Xalq yaradıcılığı nümunələri milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM Bu nümunələr min illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə böyük dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən, müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan folklor nümunələrimizin, milli adət-ənənələrimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır. Muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır”.

Bu fikirlər iyunun 18-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Xalq yaradıcılı günü” tədbirində səsləndirilib. Tədbirdə çıxış edən Naxçıvan Şəhər Mədəniyyyət Şöbəsinin müdiri Təranə Cəfərova və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov vurğulayıblar ki, doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Qeyd edilib ki, bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri, eləcə də klub müəssisələrinin əməmkdaşları “Dili dili”, “Qara qaşın məsvəsi”, “Hər yetən gözələ gözəl demərəm” xalq mahnılarını “Bayatı şiraz təsnifi” və “Arazbarı” ritmik muğamlarını, “Tərəkəmə” və “Nazeləmə” rəqslərini, “Kərəm gözəlləməsi”, “Gözəlləmə”, "Qəhrəmanı" aşıq havalarını, “Cəngi”, “Azərbaycan ritmləri" kimi milli musiqi nömrələrini ifa ediblər. Kollektivlərin ifaları alqışlarla qarşılanıb.

“Xalq yaradıcılığı günü”ndə klub müəssisələrindəki toxuculuq dərnəyi üzvlərinin toxuma sənətinə aid nümunələri nümayiş olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30