SON DƏQİQƏ

naxcivanxeberleri.com

Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları

Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları
14-06-2019, 14:35

Bir çoxların fikrinə görə, portağalın əsas faydası tərkibində çoxlu miqdarda C vitamini ilə bağlıdır.

Portağal həqiqətən bu vitaminlə olduqca zəngindir. Yalnız 1 meyvənin tərkibində 1 günlük C vitamininin dozası var.

Lakin portağal digər faydalı maddələrlə də zəngindir.

Belə ki, onun tərkibində A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var. Məhz bu səbəbdən portağal orqanizmin bir çox orqan və sistemləri üçün çox xeyirlidir.

1. Saglamolun.az bildirir ki, portağal orqanizmə xərçəng əleyhinə təsir edir. Onun tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzi, ağciyər, ağız və yoğun bağırsaq xəsrənginin profilaktkasında böyük rol oynayır.

2. Dediyimiz kimi, portağal C vitamini ilə çox zəngindir. C vitamini soyuqdəymə və qripp xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin C vitamini damarların sağlamlığı üçün çox vacibdir, damarların sərtləşməsinin qarşısını alır.

3. Portağal arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

4. Portağal böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

5. Liflərlə zəngin olan portağal (xüsusilə onun ağ qabığı) qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.

6. Portağal pektinlərlə zəngindir. Bu maddələr orqanizmi şlak və toksinlərdən təmizləyir.

7. Portağal insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, orqanizmin tonusunu artırır, yorğunluğu azaldır.

8. Portağalın tərkibində olan antioksidantlar, C vitamini və fol turşusu spermanın keyfiyyətini yaxşılaşdırır.

9. Portağal orqanizmdə iltihabları azaldır.

10. Mis, dəmir və fol turşusunun sayəsində portağal qanın tərkibini yaxşılaşdırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930