00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Qabyuyan maşında yuyulmuş qablarda potensial toksik maddələr qalır
Yeni araşdırmanın müəllifləri qab yumaq üçün istifadə edilən vasitələrin tərkibindəki bəzi kimyəvi maddələrin təhlükəsiz olmasına şübhə ilə yanaşırlar. Bağırsaq hüceyrələrinin modelləri göstərir ki, orada komponentlərin yüksək dozada olması bağırsağı zədələyə bilər.
NAXCİVANXEBERLERİ.COM “Hightech” saytına istinadla xəbər verir ki, kommersiya təyinatlı qabyuyan maşınlar maksimal səmərə üçün nəzərdə tutulub. Yəni qabın 2 dəqiqə ərzində yuyulması və yaxalanması üçün minimum miqdarda sudan istifadə edilməlidir. Yeni araşdırmanın müəllifləri müəyyən ediblər ki, bu cür qabyuyan maşınlarda yuyulmuş qablarda qalan kimyəvi maddələr insanın bağırsaqlarına mənfi təsir göstərə bilər.
Araşdırmanın rəhbəri, Sürix Universitetindəki İsveçrə Allergiya və Astma Tədqiqatları İnstitutunun direktoru Çezmi Akdis deyib: “Bizi narahat edən odur ki, cihazların çoxunda yuyucu vasitə qalıqlarını təmizləmək üçün əlavə yaxalama sikli nəzərdə tutulmayıb. Bu o deməkdir ki, potensial toksik maddələr qabın üzərində qalır və orada quruyur”.
Tədqiqatçılar zədələnməyə səbəb olan konkret kimyəvi maddələr üzərində aparılan araşdırma nəticəsində müəyyən ediblər ki, yuyucu və təmizləyici vasitələrdə çox vaxt istifadə edilən alkoqol etoksilatları insan orqanlarına oxşar üçölçülü strukturlar əmələ gətirir və bağırsaqlara mənfi təsir göstərir.
Əvvəlki araşdırmalar nəticəsində ekspertlər bu qənaətə gəlmişdilər ki, alkoqol etoksilatları insan hüceyrələri üçün toksik deyil. Yeni tədqiqat isə bu nəticəni şübhə altına alır.