SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dişlər yaddaş funksiyasına təsir edir...

Dişlər yaddaş funksiyasına təsir edir...
10-06-2019, 14:40

Yaşı 55 -dən yuxarı olan 300 nəfər arasında keçirilən təcrübələrə əsasən məlum olub ki, yaddaşfunksiyası dişlərin sayına bağlıdır.

Yaşlı dövrdə ağız boşluğunda nə qədər az diş olduqda, hər hansı informasiyanı yadda saxlamaq o qədər çətin olur. Bu o deməkdir ki, yaddaş funksiyası ağızda olan ana dişlərinin sayından asılıdır. Bilirik ki, normal halda cavan, sağlam insan 32 dişə sahibdir. Bu təcrübədə isə ən azı 22 dişə sahib insanlar iştirak etmişlər. Baxmayaraq ki alimlər bu bağlılığın səbəbinin tam müəyyən edə biləyiblər,lakin, onlar daha öncə kolleqaları tərəfindən keçirilən araşdırmalara yaxın nəticələri təsdiqləyiblər.

Heyvanlar üzərində aparılan daha öncəki araşdırma göstərmişdir ki, dişləri itirdikdə biz neyron itirir və beyin nahiyəsində yaddaşa cavabdeh olan olan "hippokampın" funksiyasını azaldırıq.Belə məlum olur ki, dişlərlə beyinin əlaqəsi diş sinirləri vasitəsilə qurulur. Ana dişlərin sinir sonluqları siqnalı beyinə yönləndirir və hərəkət refleksləri, üz hissləri və sair kimi prosesslərə qismən təsir göstərir. Məhz bu hisslər ətraf mühitə olan təsəvvürümüzü tamamlayır və çox güman ki, məlumatın yadda qalmasını təmin edir.

Təbii ki, ölü dişlər(siniri çıxarılmış) və diş protezləri sinir sonluqları olmadığından yaddaşa heç bir təsir göstərmir.

Həmçinin alimlər müəyyən etmişlər ki, diş və neyronların ölümünə səbəb olan, damaq və agız boşluğu xəstəlikləri yaddaş funksiyasının pozğunluğuna bir başa təsir edir.

Bu məqalədən əldə etdiyimiz məlumat, bir daha ana dişlərin orqanizm üçün nə qədər lazımlı olduğunu təsdiqləyir. Dişlərinizi gündə 2 dəfə firçalamağı unutmayın...

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930