SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!
9-06-2019, 20:30

Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu çox vacibdir.

Yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır. Susuzlaşmanın nəticəsində qan qatılaşır və nəticədə damarlarda trombların əmələ gəlməsi riski artır.

Damarlarda trombların əmələ gəlməsi infarkt və insult kimi ağır pozulmaların ehtimalını artırır.

Bu qayda ciddi böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara aid deyil. Bu qrup insanlarda mayenin qəbulu məhdudlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930