SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanazlığından əziyyət çəkirsinizsə...

Qanazlığından əziyyət çəkirsinizsə...
9-06-2019, 17:00

Qanazlığı çox yayılmış pozulmadır. Xüsusilə qanazlığına uşaq və qadınlar arasında tez-tez rast gəlinir.

Qanazlığı zamanı orqanizm lazım olan miqdarda oksigeni almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir - immuniteti, ürəyi zəifədir, uşaqlarda inkişafın ləngiməsinə gətirib çıxardır və s.

Sizdə qanazlığı aşkar olunubsa, həkim təyin etdiyi müalicə ilə yanaşı təbii vasitələrdən də istifadə edə bilərsiniz. Bu müalicəninin effektliyini daha da artıracaq.

Qan üçün vacib olan müxtəlif minerallarla zəngin olan fındıq qanazlığı zamanı çox faydalıdır. Fındıqdan belə faydalı qarışıq hazırlaya bilərsiniz:

Bizə lazım olacaq:

- 200 qr təmizlənmiş fındıq

- 200 qr qara kişmiş

- yarım stəkan təbii bal.

Hazırlanması:

Fındıq kişmişlə birlikdə blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Hər gün bu qarışıqdan acqarına 2 x.q. (uşaqlar üçün 2 ç.q.) yeyin. Müalicə kursu - 14 gün. Qarışığı sərin yerdə saxlayın.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930