SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu insanlar hər gün alma və pomidor yeməlidir

Bu insanlar hər gün alma və pomidor yeməlidir
6-06-2019, 13:30

Siqaret çəkmək ağciyərin sağlamlığına ciddi ziyan vurur, ağciyər xəstəliklərinin və o cümlədən ağciyər xərçənginin inkişafına səbəb olur.

Cons Hopkins Universitetinin (ABŞ) alimləri siqaretlərin orqanizmə və xüsusilə ağciyərə olan mənfi təsirinin azaltmağının yollarını araşdırıb.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadla xəbər verir ki, eksperimentlər zamanı alimlər müxtəlif qida və içkilərdən istifadə edirdi. Nəticədə məlum olub ki, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsiri azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür.

Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.

Alimlər bütün bunları alma və pomidorun tərkibində olan faydalı maddələrin olması ilə izah edir.

Digər araşdırmalar göstərib ki, ağciyəri sağlam saxlamaq üçün qidalanmaya bu kimi məhsulları daha tez-tez daxil etmək lazımdır: kəsmik, yumurta, qoz, cəfəri, badam.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031