SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kambocada kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib-FOTO

Kambocada kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib-FOTO
31-10-2022, 14:14

Kambocada üzən "Kompong Luong" məktəbi orada yaşayan kimsəsiz uşaqlar üçün nəzərdə tutulub.

NAXCİVANXEBERLERİ.COM xarici saytlara istinadla xəbər verir ki, dünyanın bəzi bölgələri təbii mühitdən asılı olduqlarından, onların sakinləri sözün həqiqi mənasında suda yaşamaq məcburiyyətindədirlər.

Bu ölkədə Tonlesap gölünə səpələnmiş Kompong Luonqun üzən kənd şəbəkəsi var. Kiçik qəsəbələrdən birində turistlərin və yerli sakinlərin ianələri hesabına “üzən məktəb” tikilib, burada bütün ərazilərdən kimsəsiz uşaqlar oxumaqla yanaşı, həm də yaşayırlar.

Aşağı mərtəbə tamamilə yaşıllıq zolağına və uşaq meydançasına çevrilib, məktəbdə uşaqlar tənəffüs zamanı sərbəst əylənir, ikinci mərtəbə isə sinif otaqlarının təşkilinə verilir.

Təbii tikinti materiallarından istifadə etməklə tikilən məktəbdə enerjiyə qənaət edən sistemlər, o cümlədən günəş panelləri, su toplama və təmizləmə sistemləri və təbii ventilyasiya tətbiq olunub.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031