SON DƏQİQƏ

naxcivanxeberleri.com

Smartfonlar uşaqlarda ciddi göz probleminə səbəb olur

Smartfonlar uşaqlarda ciddi göz probleminə səbəb olur
26-05-2019, 17:40

Cənubi Koreya mütəxəssisləri aşkar ediblər ki, planşet və smartfonlardan sui-istifadə uşaq və yeniyetmələrdə ciddi göz probleminə səbəb ola bilər.

Alimlər çoxdan qeyd ediblər ki, çəpgözlük daha tez-tez avropalılarda inkişaf edir. Asiyalılar bu problemlə nadir hallarda rastlaşır. Lakin son vaxtlar Cənubi Koreya həkimləri uşaqlar arasında çəpgözlük hallarının sürətlə artmasını müşahidə edirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mütəxəssislər 7-16 yaşlar arası çəpgözlüyü olan bir qrup pasiyenti müayinə etdikdən sonra aşkar ediblər ki, bu uşaqların əksəriyyəti gün ərzində fasiləsiz olaraq saatlarla smartfonlarda oyunlar oynayır.

Həkimlər bu uşaqlara qəcetlərdən istifadə etməyi qadağan ediblər. Bir müddətdən sonra 19 uşaqdan 9-da çəpgözlük keçib. Beləliklə, qəcetdən uzun müddət ərzində istifadə ilə çəpgözlük arasında olan əlaqə təsdiq olundu.

Həkimlər xəbərdarlıq edir ki, uşaq gün ərzində qəcetdən 30 dəqiqədən çox istifadə etməməlidir. Əks halda bu ciddi göz problemlərinə gətirib çıxarda bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930