SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu məhsullar mütləq yuyulmalıdır!

Bu məhsullar mütləq yuyulmalıdır!
25-05-2019, 13:46

1. Konserva bankaları

Bu bankaların üzərində çoxlu sayda ziyanverici mikrob və bakteriya ola bilər.

Bankanı açanda bu mikrob və bakteriyalar məhsulun içinə düşür. Bu səbəbdən bankanı açdıqdan əvvəlk axar suyun altında yaxşı yumaq lazımdır.

2. Qabığı yeyilməyən meyvə və tərəvəzlər

Banan, qarpız, yemiş, kartof və s. bu kimi meyvə və tərəvəzlərin qabığı yeyilməsə də onları soyduqdan və ya doğradıqdan əvvəl mütləq yaxşı yumaq lazımdır.

3. Çərəzlər

Təmizlənməmiş qabıqlı qoz-fındığı sındırandan əvvəl mütləq yumaq lazımdır ki, onların qabığında olan çirk, toz və s. ləpənin üzərinə düşməsin.

Təmizlənmiş çərəzlər də yedikdən əvvəl mütləq yuyulmalıdır. Çərəzlərin üzərində toz, mikroblar, saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr və s. olur. Bu səbəbdən onları axar suyun altında yaxşı yumaq və kağız dəsmalın üzərində qurutmaq lazımdır.

4. Meyvə quruları

Bu məhsul ən çirkli məhsullardan biri sayılır. Şirin meyvə qurularına toz, yad hissəciklər və s. asanlıqla yapışır.

Meyvə qurularının hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən istifadə olunur ki, bu maddələr sonra insan orqanizmində toplanır.

Bunları nəzərə alaraq meyvə qurularını mütləq yarım saaat ərzində suda islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır .

Saglamolun.Az

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930