SON DƏQİQƏ

naxcivanxeberleri.com

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur
24-05-2019, 15:30

Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar.

Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır.

Alimlər 30 gün ərzində 14 "oruc tutan" sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər.

Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031