SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Tesla” sentyabrın 30-da insanabənzər robotunu təqdim edəcək

“Tesla” sentyabrın 30-da insanabənzər robotunu təqdim edəcək
3-06-2022, 17:21

Elektriklə çalışan avtomobillərin istehsalı ilə məşğul olan Amerikanın “Tesla” kompaniyası sentyabrın 30-da “Optimus” adlı insanabənzər robotunu təqdim edəcək.

NAXCİVANXEBERLERİ.COM ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə “Tesla” kompaniyasının qurucusu İlon Mask özünün tviter səhifəsində yazıb. “Tesla” kompaniyasının süni intellekt günü sentyabrın 30-u tarixinə keçirilib. O vaxta qədər “Optimus” adlı prototipimiz hazır ola bilər”, - deyə İlon Mask bildirib.

“Optimus” kompaniyanın prioritet olaraq üzərində çalışdığı insanabənzər robotdur. İlon Maskın fikrincə, bu robot qlobal işçi çatışmazlığını həll edə və qısa müddətli perspektivdə “Tesla” zavodunda əşyaların daşınmasında istifadə oluna bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031