SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində şəhər içində daha bir şəhər salınır

Çində şəhər içində daha bir şəhər salınır
3-05-2022, 16:41

Çinin Şençjen şəhərində iki milyon kvadratmetr sahəsi olan “Net City” şəhəri inşa edilir. Yeni şəhərin əsas özəlliyi yol kommunikasiyasının, eləcə də müasir enerjiyə qənaət edən texnologiyaların olmamasıdır.

NAXCİVANXEBERLERİ.COM xarici saytlara istinadla xəbər verir ki, “Net City” şəhəri təxminən Monako böyüklüyündə olacaq. Şəhərdə ofis mərkəzi, yaşayış massivi, məktəblər, mağazalar və digər zəruri infrastruktur nəzərdə tutulub. Yaşayış binaları üçün ən əlverişli panoramların yaradılması, eləcə də şəhərdaxili sektorların kölgələnməsi üçün “ağıllı” sistem yaratmaq üçün binalar ciddi plan əsasında tikilir.

Nəqliyyat rabitəsi yeraltı səviyyədə yerləşəcək. Səthində yaşıllıq zolaqları, velosiped yolları üçün yerlər, həmçinin piyada yolları var. Şəhərdə metro və bərə xidməti də tikilir. Şəhərin özəlliyi maksimum ekoloji təmizlik və təhlükəsizlik olacaq.

Layihənin 7 il ərzində başa çatdırılması planlaşdırılır. Tikintinin birinci mərhələsi 2022-ci ilin sonuna kimi başa çatdırılmalıdır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031