SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arıqlamaq üçün bu 2 ədviyyatdan istifadə edin

Arıqlamaq üçün bu 2 ədviyyatdan istifadə edin
16-05-2019, 11:11

Kolumbiya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, çili bibəri və zəncəfil həqiqətən arıqlamağa kömək edir.

Pəhrizdə heç bir dəyişiklik etməyən eksperiment iştirakçıları yalnız bu ədviyyatların köməyi ilə bədən çəkisinin azalmasına nail olublar.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadla xəbər verir ki, eksperiment iştirakçıları çili bibəri əlavə olunmuş qidaları yeyirdi və zəncəfil çayı içirdi.

Bu iki ədviyyat maddələr mübadiləsi və qan dövranını yaxşılaşdırır ki, bu da piylərin daha tez əriməsinə kömək edir.

Bundan əlavə çili bibəri yağlı və şirin qıdalara olan meyli azaldır, zəncəfil çayının köməyi ilə insan daha az qida qəbul etməklə daha tez doyur.

Təbii ki, bütün bunlar arıqlamağa kömək edir.

Nəzərininə çatdıraq ki, bəzi xəstəliklər zamanı bu 2 ədviyyatı istifadə etmək olmaz. Xüsusilə bu mədə-bağırsaq, qaraciyər, öd kisəsi xəstəliklərinə aiddir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031