SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ürəyin və sinirlərin dostu NANƏ

Ürəyin və sinirlərin dostu NANƏ
15-05-2019, 14:23

Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.

Nanə iştahı açır. Sinirləri yatırır və bədənə rahatlıq verır. Stressə və baş ağrısına yaxşı təsir edir. Spazm və ürək tutması riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Qrip, bronxit, öskürək zamanı faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırır.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru, ya da təzə olaraq qatıla bilər. Bundan əlavə, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır.
Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir. Nanə qaynadılıb buxarı iylənilsə, tənəffüs yollarını açar və soyuqdəyməyəni sağaldar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031