SON DƏQİQƏ

naxcivanxeberleri.com

Diabetin 5 erkən simptomu

Diabetin 5 erkən simptomu
13-05-2019, 21:43

Tibb mütəxəssisləri diabet xəstəliyinin beş erkən simptomunu açıqlayıb. Erkən simptomlar həyəcan doğurmasa da, onları nəzarətsiz buraxmaq olmaz.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır.

İlk növbədə dəridə müşahidə olunan qəribə dəyişikliklərə diqqət yetirmək lazımdır. Söhbət həm dərinin xarici görünüşündən, həm də susuzluqdan irəli gələn narahatlıq hissindən gedir.

Bundan savayı, boyun nahiyəsində, qoltuqaltı və qasıq nahiyəsində qaralmaların olub-olmamasına fikir vermək, aşkarlandığı təqdirdə onun səbəblərini müəyyənləşdirmək lazımdır.

Qan damarlarının zədələnməsi ilə əlaqədar sidik-tənasül sisteminin problemləri də həyəcan siqnalı sayıla bilər.

Daha bir simptom gecələr normadan artıq tərləmə və müxtəlif yuxuların görülməsi sayılır.

Bundan başqa, alimlər uzun müddət sağalmayan yaraların həyəcan təbili sayıla biləcəyini bildirir.

Bütün sadalananlar yüksək şəkər miqdarının və insulinlə bağlı problemlərin ilkin carçıları ola bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031