SON DƏQİQƏ

23:47 - Naxçıvan xalçaları üzərindəki həndəsi ornamentlər

23:33 - Naxçıvan məhsullarının ixrac imkanları artmaqdadır

23:17 - Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik

22:55 - Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir

22:35 - Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır

22:12 - Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır

22:05 - Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

21:44 - Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik

21:38 - Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21:26 - Ermənistanda fövqəladə vəziyyət rejimi yenə uzadılacaq

20:53 - İsraildə karantin rejimi gücləndirilir

20:35 - Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

19:58 - ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir

19:33 - Yaponiyada daşqın qurbanlarının sayı artır

19:10 - Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

naxcivanxeberleri.com

Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ

Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ
11-05-2019, 16:45

Qış fəslini təbii ki, qarsız təsəvvür etmək mümkün deyil. Çox keçməz qar qapımızın ağzını alacaq.

Əslində Günəşin “yalançı” parıltısına aldanmayın, havanın qəfil soyumasına hazır olmaq lazımdır. Soyuq hava özü ilə bərabər xəstəliklər də gətirir. Bəs immunitet sistemimizi xəstəliklərdən necə qoruyaq?

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, türkiyəli mütəxəssislərin məsləhət gördüyü təbii vasitələr var.

Cökə

Qrip deyiləndə ağıla gələn bitkilərdən biri cökədir. Araşdırmalar cökənin tərkibindəki bəzi komponentlərin (flavonoidlərin) iltihabı aradan qaldırdığını və ağrıkəsici təsir göstərdiyini, bəzi komponentlərin isə boğazı yumşaldaraq, soyuqdəymə şikayətlərini yüngülləşdirdiyini sübut edib.

Adaçayı

Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər sırasında ilk yeri ağız və boğaz iltihabları tutur. Adaçayı yarpaqları tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını aradan qaldırmağa kömək edir. Qaynatmadan, çay şəklində hazırlanan adaçayının qarqara olaraq istifadə edilməsi bu xəstəliklərdən qorunmağı asanlaşdırır.

Mixək

Mixək hər mətbəxdə tapılan ədvadır. Boğazın selikli qişasına qarşı möcüzəvi xüsusiyyətləri var. Tərkibindəki uçucu maddələr sayəsində mixək bakteriya və viruslara yol açan ağız, boğaz infeksiyalarında antiseptik və ağrını yüngülləşdirən vasitə kimi istifadə edilir. Mixəyin çaya qatılaraq içilməsi və suda qaynadılaraq qarqara edilməsi də məsləhət görülür.

İri istiot

İri istiot dənəcikləri ilə hazırlanan çay qarqara formasında istifadə edildikdə boğaz infeksiyalarının qarşısını alır və yüngülləşdirməyə kömək edir. Araşdırmalar sübut edib ki, iri istiot dənələri immunitet sistemini nizamlayır, spazmları aradan qaldırıcı təsirə malikdir.

Zəncəfil

Güvənə biləcəyiniz ədvalar silsiləsinə aid olan zəncəfilin çox sayda faydası var. Bir çox ölkələrin mətbəxində müxtəlif vasitələrlə istifadə edilir. İllərdir soyuqdəymə və öskürəyə qarşı təsiri olan zəncəfil həzm sistemi narahatlıqları üçün də olduqca faydalıdır.

Çobanyastığı

Nəfəs yolu xəstəliklərinə qarşı təsiri olan digər bitki isə çobanyastığıdır. Bu bitki immunitet sistemini dəstəkləyir və bədəni soyuqdəyməyə qarşı qoruyur. Tərkibində çobanyastığı olan məhsul soyuqdəyməyə səbəb olan virusları öldürücü təsirə malikdir. Virusların səbəb olduğu iltihabı daim nəzarətdə saxlayır, boğaz və ağciyərlərdə yarana biləcək problemlərin qarşısını alır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031