SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çiyələyin bu faydasından xəbəriniz varmı?

Çiyələyin bu faydasından xəbəriniz varmı?
9-05-2019, 14:09

Ohayo Universiteti (ABŞ) alimləri eksperiment zamanı aşkar ediblər ki, çiyələyin xərçəng əleyhinə təsiri var.

Mütəxəssislər qida borusu xərçəngi göstəriciləri yüksək olan 3 Çin provinsiyasında eksperiment aparıblar.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadla xəbər verir ki, 6 ay ərzində qida borusu şişləri olan eksperiment iştirakçıları hər gün çiyələk ekstraktını (təxminən 57 qr çiyələk) qəbul edirdilər. Nəticədə 36 iştirakçıdan 29-da şişlər kiçilib və daha aztəhlükəli olub.
Alimlərin fikrinə görə, baxmayaraq ki, çiyələk artıq mövcud olan xərçəngi tam müalicə etməsə də onun inkişafının qarşısını ala və müalicə zamanı yardım edə bilər.

Qeyd edək ki, bizim ölkədə də qida borusu xərçəngi yayılmış xərçəng növlərindən sayılır. Bu xərçəngin əsas risk faktorlarından biri qaynar qida və içkilərin istehlakıdır.

Bundan əvvəl İtaliyada aparılmış araşdırma da göstərib ki, çiyələk xərçəngin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Siçanlar üzərində aparılmış eksperiment göstərib ki, çiyələk metastazların inkişafına cavabdeh olan genlərin aktivliyini azaldır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930