SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gicitkən nə ilə faydalıdır?

Gicitkən nə ilə faydalıdır?
8-05-2019, 20:30

Gicitkəndə olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, gicitkən qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkən ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Gicitkən qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstələri üçün faydalıdır.

Babasil zamanı gicitkən dəmləməsi ilə oturaq vannaları çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Gicitkən kişilərdə prostat vəzinin toxumasını bərpa etmək, cinsi meyli artırmaq xüsusiyyətlərə malikdir.

Gicitkən saçlara çox yaxşı təsir edir, saçlara parlaqlıq verir, kəpəyi aradan qaldırır.

Tromboflebit, yüksək təzyiq, qatı qan, hamiləlik zamanı gicitkən əks göstəriş sayılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031