SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məşhur professordan oruc tutanlara QIZIL TÖVSİYƏLƏR: "İftarda mütləq qəhvə və zeytun yağı..."

Məşhur professordan oruc tutanlara QIZIL TÖVSİYƏLƏR:
3-05-2019, 10:30

Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün nələrə əməl etmək lazımdır? İmsak və iftarda hansı qidalar yeyilməlidir? Orqanizmi oruc tutmağa necə öyrəşdirmək olar?

NAXCİVANXEBERLERİ xəbər verir ki, bu sualları Türkiyənin məşhur daxili xəstəliklər üzrə mütəxəssisi və kardioloq Canan Karatay cavablandırıb.
Professor bildirib ki, aclıq və susuzluğun öhdəsindən gəlmək üçün maye qidalar və tərkibində yüksək səviyyədə su olan bitkilərdən istifadənin miqdarı artırılmalıdır. Əlavə olaraq halsızlıq və baş ağrısına səbəb ola biləcək karbohidratlı qidalardan uzaq olmaqda fayda var. Karatay qeyd edib ki, insan orqanizminin gündəlik ehtiyacı olan 2,5 litr su iftardan imsaka qədər qəbul etmək sağlamlıq baxımından vacibdir.

Orqanizmi oruca hazırlamaq üçün Ramazan ayı başlamamışdan əvvəl gündəlik qida qəbulunu azaltmaq, gündə 2 dəfə yemək yeməkdə fayda var. Lakin bu zaman ara öyünlərdə meyvə yeməklə bədənin ehtiyacı olan vitamin və mineralları təmin etmək lazımdır.
Canan Karatay İbn-Sinanın "iki öyün sağlamlıqdır, üçüncü öyün xəstəlikdir” sözlərini xatırladaq bildirib ki, mədədə problemlərin yaşanmaması və bağırsaqların rahatladılması üşün iftarda qəhvə və zeytun yağı içilməlidir. Bununla yanaşı, oruc açarkən qazlı içkilərdən imtina edilməlidir. İmsakda isə duzlu qidalardan uzaq durmaq lazımdır. İmsak üçün ən ideal yemək omletdir. Lakin bu zaman kənd yumurtasından istifadə etmək vacibdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930