SON DƏQİQƏ

naxcivanxeberleri.com

Marketlərdə satılan çiyələklər uşaq orqanizminə zərərdir - Xəbərdarlıq

Marketlərdə satılan çiyələklər uşaq orqanizminə zərərdir - Xəbərdarlıq
2-05-2019, 09:24

Çiyələk körpələrin sevimli meyvəsidir. Onun tərkibində portağaldan da çox C vitamin vardır.

Eləcə də K, B vitaminləri, kaliy, fol turşusu və digər elementlər çoxdur. Ona görə çiyələk qanazlığı, anemiyalı uşaqlara vacibdir.

Çiyələk tər və sidik qovucu xassəyə malikdir.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, anaların körpələrə mövsüm olan kimi çiyələk yedizdirdiyini nəzərə alıb, bu giləmeyvənin hansı yaşdan sonra verilə biləcəyini araşdırıb.

Çiyələk güclü allergen meyvə olduğundan dəridə allergiya, səpmə, ishal, qusma verə bilər.

Hazırda marketlərdə satılan iri, şirəli, qırmızı, üzəri hamar çiyələklər uşaq orqanizmi üçün yararlı deyil.

Bu giləmeyvələrin xarici görünüşünü saxlamaq və uzun müddət xarab olmaması üçün səthinə definil adlı maddə çəkilir ki, su altında yuduqda belə o getmir və orqanizmə düşür.

Böyüklərin bədəni bu kimi maddələrə az-çox dayanıqlı olsa da, körpələrdə ən ağır mərhələyə kimi fəsadlar verə bilər.

Həkimlər çiyələyi uşaq qidasına az-az, zamanla daxil edilməsini tövsiyyə edir, 1 yaşa kimi körpələrə ümumiyyətlə qadağan olunduğunu bildrir.

Uşaqlara hazırda marketlərdə qablaşdırılmış satılan iti çiyələk yox, bostdna yetişdirilən və tağlardan yığılan çiyələyi verin. Bunun üçün çiyələyin bol olacağı vaxtı gözləyin.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930