SON DƏQİQƏ

naxcivanxeberleri.com

XƏBƏRDARLIQ: bu yeməklər xərçəng və infartk riskini artırır - SİYAHI

XƏBƏRDARLIQ: bu yeməklər xərçəng və infartk riskini artırır - SİYAHI
25-03-2019, 23:22

Ən sevilən "fast-food”lardan olan kartof qızartmasının orqanizmə mənfi təsir etdiyini bilirsinizmi?

Dondurulmuş qidalar ürək və diabet xəstəliyinə, hətta bədəndəki hüceyrələrin məhv olmasına səbəb ola bilir. Bəs dondurulmuş qidaların digər təsirləri barədə məlumatınız varmı?

NAXCİVANXEBERLERİ.COM mövzu ilə bağlı yararlı məlumatları toplayıb.

Diabet

Nişasta donmuş qidaları təzə saxlamaq üçün istifadə edilir. Eyni zamanda, yeməyə dad verir. Nişasta böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Orqanizm bu qlükozanı həzm etməzdən əvvəl şəkərə çevirir. Həddindən çox şəkər qəbul etmək diabet xəstəliyinə tutulma riskinizi artırır, həmçinin, hüceyrələrə zərər verir.

Ürək xəstəliyi

Dondurulmuş qidalar trans yağları ilə zəngindir. Bu, ürək xəstəliyinə tutulma riskini artırır, damar tıxanmasına stimul verir. Trans yağlarda xolestren səviyyəsi yüksəkdir. Bəzən dondurulmuş qidalarda daha çox duz var. Bu da xolesterin səviyyəsini və qan təzyiqini qaldırır.

Təzyiqi yüksəldir

Şəkəri və duzu çox olan donmuş qidalar qan təzyiqinə mənfi təsir edir.

Xərçəng riski

Araşdırmalar onu göstərir ki, donmuş qidalar, xüsusilə ət mədəaltı vəzi xərçənginə yol açır. Ümumilikdə isə konservləşdirilmiş və dondurulmuş qidalar xərçəng riskini 65 faiz artırır.(Medicina.az)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30