SON DƏQİQƏ

naxcivanxeberleri.com

Telefonla yatmağın təhlükəsi aşkarlandı

Telefonla yatmağın təhlükəsi aşkarlandı
15-03-2019, 21:50

Yuxuya getməzdən qabaq smartfon və ya planşetdəsosial şəbəkəni oxumaq sağlam yuxunun ən böyük düşmənidir. Yatmazdan qabaq elektron cihazlarla təmasdan imtina, yüngül qida qəbulu, uşaqla birgə yuxuya getmə isə əksinə, sağlam və keyfiyyətli istirahətin qarantıdır.

Bunu Con Hopkins Universitetinin Tibb Məktəbinin professoru Vsevolod Polotski deyib.

"Yuxu pozuntusuinsanların uzun müddət sosial şəbəkələrdə vaxt keçirməsi ucbatından baş verir, belə ki,daimi şüalanma orqanizmin bioloji saatına mənfi təsir göstərir”, - deyə V.Polotskibildirib.

Onun sözlərinə görə, sosial şəbəkədə ola-ola yuxuya getmək, natamam yuxu, yuxu fazasının pozulması, yuxusuzluq kimi problemləri ortaya çıxmasına səbəb olub.

"Böyüklər günə azı yeddi saat yatmalıdırlar. Çarpayıda elektron cihazlardan, o cümlədən, "iPhone” və ya "iPhad”, televizor və digər qadjetlərdən istifadə etməməlidirlər.Bundan başqa, yatmazdan əvvəl ağır qidalar qəbul etmək və ya intensiv şəkildə idmanla məşğul olmaq olmaz”, - deyə alim sağlam yuxu üçün tələb olunan şərtləri açıqlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 131
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031