SON DƏQQƏ

naxcivanxeberleri.com

D vitamini çatışmazlığı diaqnozu necə qoyulur?

D vitamini çatışmazlığı diaqnozu necə qoyulur?
21-09-2020, 02:22

Orqanizm üçün ən vacib vitaminlərdən biri də D vitaminidir. Son illərdə D vitamin ən önəmli vitamin kimi təqdim olunur. Xüsusilə də immunitetin güclü olması üçün məhz D vitamininin normada olmasının vacibliyi vurğulanır.

Amma müasir dövrdə insanların bir çoxunda bu vitaminin çatışmadığı məlum olur. D vitami çatıçmazlığı isə orqanizmdə bir çox problemlərin yaranmasına səbəb olur. Bəs D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

NAXCİVANXEBERLERİ.COM e-tibb.az-a istinadla bununla bağlı həkim-endokrinoloq Hidayət Məmmədzadənin fikirlərini təqdim edir:

D Vitamini çatışmazlığı qanda bu vitaminin səviyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi D vitamininin analizi ilə biz qanda onun hansı səviyyədə olduğunu bilirik.

Optimal olaraq Vitamin D-nin qanda səviyyəsi 30-88 nanoqram milli/litr olaraq qəbul olunmaqdadır. Müraciət edən xəstələrin, demək olar ki, hamısında Vitamin D-nin səviyyəsi aşağıdır. Çünki dünyada pandemiya şəraitində yaşayır və yetərli Günəş şüası almamaqla bağlı olaraq hər kəsdə Vitamin D aşağıdır.

Bizim istədiyimiz rəqəm insanlarada 30 nanoqram/ml üzərində Vitamin D səviyyəsini qoruyub saxlamaqdadır. 20-30 nanoqram/ml arası yetərsizlik, 20 nanoqram/ml-dən aşağı əskiklik, 10 nanoqram/ml-dən aşağı ciddi əskiklik kimi qəbul olunur. Əgər 4 nanoqram/ml-dən aşağıdırsa bu, çox ağır Vitamin D çatışmazlığı deməkdir.

Bunun diaqnozunun qoyulması yaşa bağlı olaraq uşaqlarda, hamiləlik zamanı, fərqli vəziyyətlərdə müxtəlif cür izah oluna bilər. Təbii ki, diaqnozun qoyulması qanda Vitamin D-nin təyini ilə mümkündür.

Analiz yaxşı olar ki, səhər saatlarında ac qarına verilsin. Bu diaqnozun qoyulması və müalicəsi birbaşa həkim-endokrinoloq tərəfindən aparılmalıdır.

Vitamin D-nin səviyyəsinin 150 nanoqram/ml-dən yüksək olması isə Vitamin D zəhərlənməsi və ya intoksikasiyası anlamına gəlir. Bu, adətən, xəstələrin özbaşına Vitamin D pereparatlarının qəbulu ilə əlaqədar olan hallarda baş verir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031