SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ürək üçün ən faydalı 3 MƏHSUL

Ürək üçün ən faydalı 3 MƏHSUL
2-03-2019, 20:30

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Həkimlər təəssüflə qeyd edirlər ki, ildən ilə bu xəstəliklər "cavanlaşır" və son zamanlarda tez-tez cavan insanlarda aşkar olunur.

Ürəyin sağlamlığının qorunmasında qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürək üçün xüsusilə faydalıdır. Bu məhsulları qidalanmaya daha tez-tez daxil edin.

1. Qızılbalıq (losos)

NAXCİVANXEBERLERİ.COM bildirir ki, Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Bunun nəticəsində damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.

Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.

2. Ərik qurusu

Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.

3. Badam

Badam "arginin" adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031