SON DƏQİQƏ

naxcivanxeberleri.com

Darçınlı banan çox dərdin dərmanıdır - FAYDALARI

Darçınlı banan çox dərdin dərmanıdır - FAYDALARI
23-02-2019, 21:23

Yuxu gün ərzində orqanizmdə yaranan yorğunluq, stress kimi mənfi hallarını aradan qaldırlması üçün çox vacibdir. Buna görə də, gün ərzində 8 saat yatmaq vacibdir.

Əgər siz yuxu problemi yaşayırsınızsa o zaman medicina.az sizə etibarlı resept təqdim edir.

Ərzaqlar:

1 ədəd banan

1 litr su

1 çimdik darçın

Hazırlanması:

ən əvvəl bananın qabığını soyaraq 15 dəqiqə qaynar suda qaynadın. Daha sonra üzərinə 1 çimdik darçın əlavə edin. Süzülərək suyundan istifadə edilir.

Yaxşı olardı ki, darçınlı banan çayını yatmaqdan bir saat əvvəl qəbul edəsiniz. Yuxuya faydalı olmasından əlavə banan aşağıdakı narahatlıqlar zamanı da xeyirlidir.

1. Depressiya

Bananın tərkibində daha sonradan serotoninə çevrilən triptofan maddəsi var. Bu maddə bədəni rahatlaşdıraraq əlvalı artırır.

2. Qəbizlik

Banan liflə zəngindir, buna görə də banandan mütəmadi istifadə zamanı bağırsaqlar normal işləyir.

3. Qan təzyiqi

Bananın tərkibində yüksək miqdarda kalium və az miqdarda duz var. Nəticədə də bu meyvənin istifadəsi zamanı qan dövranı normada qalır və infarkt riski azalır.

4. Mədə xorası

Mədə şirəsini normaya saldığı üçün bir sıra mədə xəstəlikləri zamanı faydalıdır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30