SON DƏQİQƏ

naxcivanxeberleri.com

Soğan və sarımsaq ən yayılmış xərçəng növlərindən qoruyur

Soğan və sarımsaq ən yayılmış xərçəng növlərindən qoruyur
22-02-2019, 22:45

Soğan və sarımsağın bir çox faydalı xüsusiyyətləri vardır.

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar bu 2 tərəvəzin o cümlədən xərçəng əleyhinə təsirini də sübut edib.

Çin alimlərinin son araşdırması göstərib ki, soğan və sarımsağın müntəzəm istehlakı ən yayılmış və təhlükəli xərçəng növü sayılan bağırsaq xərçəngindən qoruyur. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, araşdırmanın nəticələri Asia Pacific Journal of Clinical Oncology nəşrində dərc olunub.

Alimlər 1,6 min insanın qidalanma və həyat tərzini təhlil ediblər. Nəticədə onlar belə qərara gəliblər ki, soğan və sarımsağı daim istehlak edən insanlarda bağırsaq xərçənginin riski bu tərəvəzləri yeməyən və ya nadir hallarda yeyənlərlə müqayisədə 79% (!) azdır.

Mütəxəssislər qeyd edirlər ki, termik emaldan sonra soğan və sarımsağın tərkibində olan faydalı maddələrin miqdarı kəskin azalır və bu səbəbdən yalnız çiy tərəvəzlər orqanizmə xərçəng əleyhinə təsir edir.

Həmçinin alimlər qeyd edirlər ki, soğanın tərkibində olan bioloji aktiv maddələr qadınlarda süd vəzi və yumurtalıqlar, kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.

Fransa alimləri isə sübut edirlər ki, sarımsağın müntəzəm istehlakı mədə xərçənginin riskini 50% qədər azaldır.

Nəzərə almaq lazımdır ki, söhbət yalnız çiy soğan və sarımsaqdan gedir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930