SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sarılığı olan körpə necə müalicə olunmalıdır? - ƏTRAFLI

Sarılığı olan körpə necə müalicə olunmalıdır? - ƏTRAFLI
16-02-2019, 19:23

Sarılığı olan övladının fototerapiyaya ehtiyacı olduğuna şübhə edən analar bilgilənsin!

Çox vaxt yeni doğum etmiş analar sarılığı olan övladının fototerapiyaya ehtiyacı olduğunu eşidəndə ilk reaksiyaları inamsızlıqla bağlı olur. Bu inamsızlığın olmasında bəzi özəl klinikaların rolu əvəzsizdir. Hətta təəssüf ki, bu durumda fəsadların qaçılmaz olduğunu düşünərək bəzən bundan imtina edənlər belə olur. Bəs analar övladının həqiqətən fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilsinlər?

Əvvəlcə onu deyim ki, sarılıq yeni doğanların ən az 2/3-də fizioloji, yəni normal olaraq baş verir. Bəzi körpələrdə isə bu, patoloji ola bilər (rezus, qan qrupu uyğunsuzluğu və s.). Yəni ilk günlərdə normadan artıq sərbəst bilirubin artışı baş verir və bu səviyyə, əsasən, bilirubin dəyəri 12mg/dl yuxarı olanda uşaq "saralmış" görünür.

NAXCİVANXEBERLERİ.COM e-tibb.az-a istinadən bildirir ki, sarılığın uşaqda normadan çox olmasının bir sıra səbəbi var. Uşağın qanında bilirubin ölçülərək, həkim tərəfindən bu rəqəm dəyərləndirilir və sarılığın müalicəyə, yoxsa sadəcə təqibə ehtiyacı olduğuna qərar verilir. Müalicədə bilirubin dəyərlərinə uyğun olaraq fototerapiya və ya qan dəyişməyə qərar verilir. Bu qərar yenidoğanın hər sutkasına uyğun bilirubin dəyərindən asılıdır. Həkimlər bu qərarı xəstəxanada yatan və hestasiya yaşı 35 həftə və ondan çox körpələrdə fototerapiya uyğulama rəhbərinə uyğun olaraq verir. Misal üçün, uşaq 3-cü sutkasındadırsa (orta dərəcə riskli körpə) və bilirubin dəyəri 16mg/dl-dirsə, fototerapiya lazımdır. Aşağı riskli körpələrdə (38 həftədən gec və tam normal) isə bu rəqəm 17-18 gr/dl-dir. Bu göstərişə şübhə etməməli, müalicədən imtina edərək, körpəni riskə atmamalısınız!

Deyək ki, imtina etdiniz, ən azından başqa bir klinikada bu göstərişin həqiqi olub-olmadığını dəqiqləşdirmədən körpəni evə aparmamalısınız. Bu günlərdə bir ana bunu etdi və körpədə bilirubin get-gedə daha da artaraq, qan dəyişmə dərəcəsinə çatdı və sarılıq artıq beyinə təsir etməyə (kernikterus) başladı.

Körpənin sarılığı müalicə yox, sadəcə təqibə alınırsa, ana körpədə aşağıdakı əlamətlərə diqqət etməlidir:
- Uşaqda yuxululuq

- Süstlük

- Ağlamamaq

- Əmməmək

Bu kimi əlamətlər olarsa, mütləq həkimə müraciət edilməlidir!

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30