SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan ən az ət yeyilən ölkədir

Azərbaycan ən az ət yeyilən ölkədir
12-02-2019, 14:36 138 dəfə baxılıb

BMT dünyada ən çox ət və ət məhsulları yeyilən ölkələrin siyahısını hazırlayıb.

"Euronews”un yaydığı məlumata görə, dünyada ən çox ət yeyənlər ispanlardır.

İspaniyada il ərzində hər bir şəxs ortalama 94 kiloqram ət yeyir. Onu 90,87 kiloqramla Avstriya və 86,76 kiloqramla Fransa izləyir.

Hesabatda bildirilib ki, ət istehlakı Şimali Amerika və Avropada təxminən 80 kiloqramdır. Bu ölkələrdən fərqli olaraq, Şərqi Avropada ət istehlakı aşağı səviyyədədir.

BMT-nin məlumatına görə, ən az ət istehlakı Bosniya və Herseqovinada (32,21 kq), Azərbaycanda (31,1 kq) və Gürcüstandadır (27,89 kq).

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728