SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlərin yeni kəşfi xərçəng xəstələri üçün ümid oldu

Alimlərin yeni kəşfi xərçəng xəstələri üçün ümid oldu
11-02-2019, 23:31 185 dəfə baxılıb

İngiltərədə alimlərin kəşf etdiyi yeni dərman xərçəng xəstələri üçün yeni ümid olacaq.

NAXCİVANXEBERLERİ.COM ölkə.az-a istinadən xəbər verir ki, alimlər dərmanın hüceyrələrə sızaraq 6 ay ərzində təsirli olacağını bildiriblər.

Alimlər uzun müddət davam edən çalışmalardan sonra xərçəng müalicəsinə reaksiya verməyən 150 nəfər üzərində bu dərmanı sınaqdan keçiriblər. Məlum olub ki, "TV" adlı dərman xərçəng hüceyrələrinə sızaraq bir çox xəstədə müsbət reaksiya verib.

Xərçəng Araşdırmaları İnstitutu ilə "Royal Marsden" xərçəng xəstəxanası mütəxəssislərinin birlikdə kəşf etdikləri bu dərman ağ ciyər, uşaqlıq yolu, yumurtalıq da daxil olmaqla 6 növ xərçəngdə sınaqdan keçirilib.

Nəticələr "Lancet Oncology" tibb jurnalında yayımlanıb. Araşdırmaya əsasən, bu dərmanı qəbul edən sidik kisəsi xərçəngindən əziyyət çəkənlərin 27, uşaqlıq yolu xərçəngindən əziyyət çəkənlərin isə 26%-i müsbət reaksiya görüb. Qida borusu və kiçik hüceyrəli ağ ciyər xərçəng xəstələrində bu nisbət 13% olub.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728