SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sarımsaqlı südün faydaları

Sarımsaqlı südün faydaları
10-02-2019, 18:22 355 dəfə baxılıb

Sarımsaqlı süd qədimdən bəri min bir dərdin dərmanı hesab olunur. Sarımsaq təbii antibiotik sayılsa da, kəskin qoxusuna görə gündəlik rasionumuza salmırıq. Yəqin elə buna görə də lap qədimdən onu südə qarışdırın içərmişlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sarımsaqlı süd xolesterini azaldır, ürək xəstəliklərinin qarşısını alır, qaraciyəri təmizləyir, artritə və sinir sisteminin fəaliyyətinə faydalıdır. Bundan başqa həm kişilərdə, həm də qadınlarda sonsuzluğa qarşı istifadə olunur.

Sarımsaqlı südü hazırlamağın qaydası:

500 ml süd

10 diş sarımsaq

2 çay qaşığı şəkər tozu

250 ml su

Sarımsağın qabığını təmizləyin. Su ilə südü qarışdırıb, ocaqda qaynadın. Üzərinə sarımsaq əlavə edilmiş məhlulu minimal odda bir az da bişirin. Sonda isə şəkər tozu əlavə edin.

Sarımsaqlı südü həftədə iki dəfədən çox qəbul etməyin.

Şəkərli diabet, mədə xəstəliklərindən əziyyət çəkənlərin bu qarışımdan uzaq durmaları tövsiyə olunur.(publika)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728