SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nanohissəciklər - xərçəngin aşkarlanmasının yeni yolu

Nanohissəciklər - xərçəngin aşkarlanmasının yeni yolu
9-02-2019, 20:48

Alimlər və həkimlər xərçənglə mübarizədə yeni yolların axtarılması məqsədi ilə olduqca kiçik hissəciklərdən istifadə edir. Bəzi nanohissəciklər xüsusi boya ilə xərçəng hüceyrələrinə daxil olduqda parıltı yaradır. Oreqon Ştat Universitetinin alimləri bu yolla şişlərin müəyyən edilib götürülməsini asanlaşdırır.

Nanohissəciklər kiçik gəmilər kimi insan orqanizmində yük daşıyıcısı rolu oynayaraq, xərçəng hüceyrələrini boyayır.

Bu rənglər bəzi hüceyrələri məhv etməklə yanaşı, cərrahların onları tam şəkildə təmizləməsinə imkan yaradır.

"Nanohissəciklər xərçəng hüceyrələrini boyayaraq 1) xəstəliyin diaqnoalaşdılması; 2) xərçəngin böyüməsinin müşahidəsi; 3) şişlərin çıxarılmasından sonra xərçəngin tam təmizlənməsini izləməyə imkan yaradır" - deyə, alim Kanan Şumann bildirib.

NAXCİVANXEBERLERİ.COM "Amerikanın səsi"nə istinadən bildirir ki, nanotəbabət ukraynalı alimlər Oleh və Olena Taratulalar tərəfindən ixtira edilib. Kimyəvi kompozisiyanın müəyyən edilməsi onların 4 ilini alıb.

"Boya üzvi həlledici və suda olan polimerdir. Onları qarışdırmaqla biz nano hissəciklər əldə edirik. İşığın təsiri ilə onlar hüceyrələri müəyyən və ifraz etdiyi istiliklə bədxassəli hüceyrələri məhv edir" , İlena deyib.

Bu üsul artıq siçanlar və dovşanlar üzərində Taratula adını daşıyan laboratoriyada təcrübə edilib. Alimlər xərçəng qayıtdığı təqdirdə bu üsulun həyati əhəmiyyəti olduğunu deyir. Xüsusilə də təhlükəli olan aqressiv xərçəng növləri üçün.

"Əgər xərçəng qalmış olsa, bu, daha sonra residivlə nəticələnə bilər. Xərçəng qalmış olsa, onun kimya terapiyasına müqavimət göstərəcəyi ehtimalı da yüksək olur" , Kanan Şumann bildirib.

Həkimlər və alimlər nanotəbabətin vədedici olduğunu deyir. Belə ki, bu, həkimlərin bədxassəli hüceyrələri aşkar edib, onun müalicəsini asanlaşdırır.

"Biz həqiqətən cərrahların xərçəngin hüdudlarını müəyyən edəcək görüntü yaradacaq vasitəyə malik deyilik. Bu üsulun böyük potensialı var", Oreqon universitetinin professoru Adam Alani deyib.

Lakin böyük kliniki sınaq irəlidədir. Alimlər bu kiçik hissəciklərin böyük nailiyyətlərə yol açacağına ümid bəsləyir.(Milli.az)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031