SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sümük iliyinin bu günə qədər bilinməyən faydası

Sümük iliyinin bu günə qədər bilinməyən faydası
6-02-2019, 12:46

Sümük iliyinin gözəlik sektorunda istifadə edildiyi məlum olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sümük iliyi saç tökülməsinə qarşı ən effektiv vasitədir. Kosmetoloji məqsədlər üçün itifadə edilən sümük iliyindən müxtəlif saç və dəri maskaları hazırlanır. Çoxları sümük iliyinin sınıq və çatlar üçün faydalı olduğundan xəbərdardır, amma saçı gurlaşdırma və dərini cavanlaşdırma təsiri barədə çox az adam bilir.

Zülal və maqnezium ehtiva edən sümük iliyi kollageni stimullaşdırır, habelə, saç tökülməsinin qarşısını alır. Sümük iliyindən hazırlanan maskalar saç diblərini, zəif tük köklərini qidalandıraraq nəm balansını normaya salır, saçı yumşaldıb parlaqlıq qazandırır, eləcə də yeni çıxan saçları gücləndirir.

Saç üçün sümük iliyi maskası zeytun yağı ilə qarışdırılaraq hazırlanır. İlik sümükdən çıxarıldıqdan sonra buxarla qızdırılaraq krem konsistensiyasına gətirilir. Qoxunun aradan qaldırılması üçün nanə, cəfəri kimi ətirli bitkilər, həmçinin zeytun və lavanda yağı əlavə etmək olar. Maskanı saç diblərinə sürtüb bir 20 dəqiqə saxlayıb yuyun. İçərisində olan yağlar və maqnezium saç diblərinə hoparaq soğanaqları qidalandırıb möhkəmləndirir. Müsbət nəticə əldə etmək üçün ən az 3 seans təklif edilir. Saçları yuduqdan sonra balzam və saç kremi çəkməyə də ehtiyac qalmır.Publika.az



Sümük iliyinin bu günə qədər bilinməyən faydası
Sümük iliyinin bu günə qədər bilinməyən faydası

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031