SON DƏQİQƏ

naxcivanxeberleri.com

NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb

NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb
31-01-2019, 15:03

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) spektral interpretasiya üzrə kosmik zondu “OSIRIS-Rex” son aylar mətbuatda qiyamətin əlaməti kimi qələmə verilən və Yer kürəsindən 110 milyon kilometr aralıda yerləşən “Bennu” asteroidinin fotoşəklini çəkib.

NASA-nın yaydığı məlumatda deyilir ki, “OSIRIS-Rex” kosmik zondu yüksək texnologiyadan istifadə edərək 500 metr eni olan bu göy cisminin fotoşəklini çəkə bilib. “Qiyamət asteroidi adlanan bu nəhəng qaya parçası Yerlə Marsın arasında yerləşir və ümumi çəkisi təxminən 87 milyon tondur. Alimlərin fikrincə, “Bennu”nun Yerə düşməsi 2700 ehtimalda bir ola bilər və bu, növbəti əsrdə baş verəcək. “Daily Star” qəzetinin yazdığına görə, ötən ilin dekabrında NASA-nın missiyası bu asteroiddə suyun əlamətlərini də aşkar edib.

Astronomlar bildiriblər ki, asteroiddə su və ya su molekullarının olması Günəş sisteminin necə formalaşdığı və planetlərin tarixi haqqında əlavə məlumat əldə etməyə imkan verəcək. Hazırda “OSIRIS-Rex” “Bennu” asteroidinin orbitində yerləşir və onun bu göy cismindən nümunələr götürərək 2023-cü ildə Yerə qayıtması planlaşdır

NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30