SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kamfora yağı. Soyuqdəyməni müalicə edən UCUZ VASİTƏ

Kamfora yağı. Soyuqdəyməni müalicə edən UCUZ VASİTƏ
2-11-2019, 20:20

Kamfora yağı müxtəlif iltihablar və ağrılar zamanı istifadə olunan təbii müalicəvi vasitədir.

Kamfora yağı soyuqdəymənin müalicəsində çox uğurla istifadə olunur.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, soyuqdəymənin ilk simptomlarında 10 damcı kamfora yağı əlavə olunmuş isti vanna qəbul etmək yaxşı effekt verir.

Soyuqdəymənin simptomlarından biri zökəmdir. Zökəm zamanı burnunuza kamfora yağını (1-2 damcı) damızdırın.

Kamfora yağı bronxit və öskürəyi də yaxşı müalicə edir. Kamfora yağında əski isladın, döş qəfəsinə qoyun və yun şərf və ya şalla bədəninizə bərkidin. Belə kompresi yatmazdan əvvəl etmək lazımdır. Xəstə bu kompreslə yatmalıdır.

Kamfora qulaq iltihabı zamanı (otit) da çox yaxşı kömək edir. Bunun üçün tənzif kamfora yağında isladılır (yağı əvvəlcədən isti suda bir qədər isindirin), qulağın ətrafında (qulağın içinə yox!) kompres şəklində qoyulur. Daha sonra qular qalın pambıq qatı ilə örtülür və üzərinə tənzif sarıq qoyulur. Kompresi 2 saat ərzində saxlamaq lazımdır. Nəzərinizə çatdıraq ki, belə kompres yalnız xəstəliyin əvvəlində müsbət effekt verə bilər. Belə kompresləri uşaqlara da qoymaq olar. Lakin bunu etməzdən əvvəl mütləq pediatrla məsləhətləşin.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930