SON DƏQİQƏ

naxcivanxeberleri.com

Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı

Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı
18-01-2019, 17:32

Qalaktikanın ən fərqli planeti olan Saturn əslində milyon illərlə halqasız olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə,bunu italiyalı astronomların rəhbərlik etdiyi araşdırma qrupu ortaya çıxarıb.

Qrup Günəş sistemindəki digər planetlər kimi 4,5 milyard yaşı olan Saturnun 3 ana halqasının 10-100 milyon içində ortaya çıxmağa başladığını bildirib.

ABŞ Kosmos və Aeronavtika İdarəsinin (NASA) Saturnu analiz etmək üçün göndərdiyi “Kassini” kosmik gəmisinin müşahidələri əsasında araşdırma aparan alimlər cazibə qüvvəsinin ölçüləri ilə halqaların kütləsini hesablayıb. Və belə qənaətə gəlinib ki, halqalar planetdən daha cavandır.

Komandanın lideri Sapienza Universitetinin professor Lusiano Less “Kassini” aparatının qoyub getdiyi faydalarından uzun müddət istifadə olunacağını dilə gətirib.

Qeyd edək ki, Saturnun halqaları böyük miqdarda buzdan, az miqdarda isə toz və təbii maddələrdən ibarətdir. “Kassini” 13 illik kəşfiyyat səyahətindən sonra 2017-ci ilin sentyabr ayına planetin halqaları arasında özünü məhv etmişdi.(publika)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031