SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlər xərçəngin və qocalmanın qarşısını alan maddə tapıblar

Alimlər xərçəngin və qocalmanın qarşısını alan maddə tapıblar
24-10-2019, 09:30

“Pasteur İnstitutu”nun fransız alimləri “GDF11” zülalının qocalmağa qarşı mübarizə apardığını və bədəni xərçəngdən qoruduğunu təsbit ediblər.

NAXCİVANXEBERLERİ.COM RİA Novosti-yə istinadən xəbər verir ki, onların araşdırmalarının nəticələri MedicalXpress portalında dərc olunub.

Alimlər siçanlar üzərində bir neçə təcrübə aparıblar. Mütəxəssislər, “GDF11”in ürək xəstəliyi və xərçəngin qarşısının almasında təsirli olduğunu, pəhriz təsiri göstərdiyini müəyyən ediblər. Bundan əlavə, protein inyeksiyaları qoca gəmiricilərin beynindəki qan damarlarının bərpasına və neyrogenezin artmasına səbəb olub.

“Bu məlumatlar “GDF11”-in piylənmə və neyrodejenerativ xəstəliklər kimi bəzi metabolik xəstəliklərin müalicəsində istifadəsi fikrini təşviq edir və dəstəkləyir”deyə, professor Pyer-Mari Ledo bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930