SON DƏQİQƏ

naxcivanxeberleri.com

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul
18-10-2019, 11:51

Soyuq fəsillərdə qripp və soyuqdəymə halları kəskin artır.

Kardiff Universitetinin (Böyük Britaniya) Soyuqdəymə Xəstəliklərinin Araşdırması Mərkəzinin professoru Ron Ekklz soyuqdəymədən qorunmaq üçün bəzi tövsiyələr verib.

NAXCİVANXEBERLERİ.COM zdr.ru-ya istinadla sizə bu tövsiyələri təqdim edir.

1. Professor soyuqdəymənin riskini azaltmaq üçün burunu soyuqdan qorumağı, burunu tez-tez isindirməyi (məsələn, buxarla) tövsiyə edir. Burun nahiyəsində hərarət aşağı düşdükdə qan dövranı və mikroblarla mübarizə edən immun hüceyrələrinin hərəkətliliyi azalır ki, bu da soyuqdəymənin riskini artırır.

2. Burunu duzlu su ilə yuyun. Araşdırmalar sübut edir ki, duzlu su ilə burun boşluğunun yuyulması bura düşən mikrob və virusları azaldır, onların artmasına mane olur. Çöldə evə qayıdanda mütləq duzlu su ilə burnunuzu yaxşı yuyun (1 stəkan ilıq su + 1 ç.q. duz).

3. Paltarları isti suda yuyun. Soyuqdəymə xəstəlikləri epidemiyası zamanı paltarları (xüsusilə işə geyindiyiniz paltarları) 40 C və bundan yüksək temperaturda yuyun. İsti su paltarları mikroblardan daha yaxşı təmizləyir.

4. Qidalanmada D vitamini ilə zəngin olan qidaların miqdarını artırın (balıq, yumurta, süd məhsulları). D vitamini immun sistemini stimullaşdırır.

5. Şirniyyatları məhdudlaşdırın. Şəkər immun hüceyrələri olan faqositlərin aktivliyini azaldır.

6. 7-8 saat yatın. Alimlər sübut edir ki, 7 saatdan az yatan insanlarda soyuqdəymə xəstəliklərinə tutulma riski 3 dəfə artır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930