SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əncir qurusunun 10 faydası....

Əncir qurusunun 10 faydası....
5-10-2019, 23:45

Qədimdə səfərə gedənlər, yolçular, pəhləvanlar mütləq torbalarında əncir qurusu götürərdilər. Əncir qurusu insana elə güc verir ki, sanki bir məcməyi plov yemisən.

Əncir qurusu qurudulmuş meyvələrin ən qiymətlisidir. Bir şərtlə ki, təzə əncir düzgün şərtlərlə qurudulsun.

1. Hemoqlobini artırır

Quru əncirdə yüksək miqdarda dəmir var.

2. Depressiya və əsəbə qarşı

Əncirdə olan triptofan və B qrupu vitaminləri pxisoemosional vəziyyətə müsbət təsir edir, yuxunu yaxşılaşdırır, stres və depressiyanı aradan qaldırır.

3. Hipertoniya ilə mübarizə

Quru meyvələr kalium-natrium balansını qanda normallaşdırır, damarlara təzyiqi azaldır, bu da yüksək təzyiqi salmağa kömək edir.

4. Əzələ-sümük sistemini möhkəmlədir

Quru əncir kalsium və fosforla zəngin olduğundan dayaq-hərəkət sisteminin möhkəmlənməsinə və böyüməsinə səbəb olur, əzələlərin yığılıb-açılmasını da təmin edir. Eləcə də oynaq və sümüklərdən duzları yuyur.

5. Dəri və saçları yaxşılaşdırır

Əncir qurusu üz dərisində iltihabı, səpkini aradan qaldırır, qocalmağa qarşıdır, qırışları açır. Saç tökülməsinin qarşısını alır, tük köklərini bərkidir.

6. Qadın hormonlarını tənzimləyir

Əncir qadınlar üçün əsas hormon olan estrogenin sintezini normallaşdırır, reproduktiv fəallığı artırır, sonsuzluqda çox kömək edir.

7. Onkoloji xəstəlik riskini azaldır

Əncir qurusu yumurtalıq, prostat, uşaqlıq, süd vəzi şişlərində çox effektivdir.

Quru əncirdə olan yağ turşuları, enzim və antioksidant təsir toxumaların bəd hüceyrələrdən qoruyur.

8. Həzm sistemini yaxşılaşdırır, qəbizliyə qarşıdır

Əncirdə olan çox miqdar liflər bağırsağı işlədir, divarlarını təmizləyir, qəbizlik və babasildə effektlidir. Şlak, toksin və seliyi təmizləyir. İştahı yaxşılaşdırır, kökəldir.

9. Ürəyi qüvvətləndirir

Tərkibində olan turşular və kalium ürək damarlarını, əzələsini möhkəmlədir, ürək ritmini yaxşılaşdırır, xolesterini azaldır, tromb və infarkta səbəb olur.

10. Bronxları, ağciyərləri təmizləyir

Qədimdən güclü öskürəyi olan insana isti süddə quru əncir verərdilər. Quru öskürəyi yumşaldır, bronxları açır, bəlğəmi gətirir.

Diqqət! Şəkər xəstələri ehtiyatla və az yeməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031