SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yüksək təzyiqin təhlükəsi fikirləşdiyimizdən daha çoxdur

Yüksək təzyiqin təhlükəsi fikirləşdiyimizdən daha çoxdur
5-10-2019, 17:00

Tanınmış almaniyalı alim professor Martin Xolle sübut edir ki, hipertoniya adi insanlar və hətta bir çox mütəxəssislər fikirləşdiyindən qat-qat daha təhlükəlidir və daha tez-tez ölüm və əlilliyə səbəb olur.

Alimin fikrinə görə bunun əsas səbəblərindən biri hipertoniyanın uzun müddət ərzində simptomsuz inkişafıdır. Bəzən hipertoniyanın ilk və xəstə üçün sonuncu simptomu infarkt və ya insult olur.

Digər tərəfdən hipertoniya diaqnozu qoyulan xəstələr bir çox hallarda düzgün müalicə olunmur.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, hipertoniyanı tam müalicə etmək mümkün deyil. Bu xroniki xəstəlikdir. Lakin hiprtoniyaya nəzarət etmək, təzyiqi daim normada saxlamaq mümkündür.

Professor Xolle insanlara 30 yaşdan başlayaraq təzyiqi müntəzəm ölçməyi tövsiyə edir. Təzyiq 120/80 c.st-dan yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Alimin fikrinə görə, 120/80 c.st. orqanizm üçün optimal təzyiqdir və təzyiqin hətta “yüngül” qalxması ürək və damarları zədələyir, ürək daha tez yorulur və qocalır, ürək ritminin pozulmalarının, trombların riski artır.

Professor hipertoniyanın 3 əsas səbəbini açıqlayıb. Bu artıq çəki, düzgün olmayan qidalanma və hipodinamiyadır (azhərəkətli həyat tərzi). Məhz bu faktorların aradan qaldırılması hipertoniyanın müalicəsində ən böyük rol oynayır.

Hipertoniyanın iklin mərhələlərində çəkinin azalması, sağlam qidalanma və gündəlik fiziki məşğələlər təzyiqi hətta dərmansız normada saxlamağa kömək edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031