SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Huavey” telefonlarında nələr dəyişəcək?

“Huavey” telefonlarında nələr dəyişəcək?
29-09-2019, 16:51

Çinin "Huavey” şirkətinə ABŞ-ın Quql kompaniyasının xidmətlərindən istifadənin qadağan edilməsinin təsirləri mətbuat tərəfindən şişirdilir, smartfonların fəaliyyətində xüsusi heç bir dəyişiklik olmayacaq.

Bu barədə şirkətin Avropadakı mobil xidmətlər bölməsinin vitse-prezidenti Ceyme Qonsalo danışıb.

"Qadağanın təsirləri mətbuatda bir az şişirdildi. Əslində isə bu qadağalar smartfonların fəaliyyətində xüsusi nələrisə dəyişmədi. Dəyişən sadəcə detallardır. Qadağalar qüvvəyə minsə, istifadəçilər proqramları "AppGallery”dən yükləyə biləcək. Qadağalar olacağı halda yalnız Quql xidmətlərinin telefonlarımızda olmayacağını gözləmək olar. Başqa dəyişikliklər olmayacaq. Biz sərt rəqabət təşkil etmək niyyətində deyilik. İstifadəçilərə seçim imkanı vermək istəyirik. Əgər onlara smartfonlarımızda nələrsə lazım olsa, biz əlavə edəcəyik və ya alternativini tapacağıq”, - Qonsalo bildirib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031